AZ

NYT: ABŞ "Bella 1"in həbsi üçün order aldı

ABŞ hakimiyyəti Panama bayrağı altında Venesuelaya üzən "Bella 1" tankerinin həbsi üçün order alıb.

Moderator.az xəbər verir ki, bu barədə dekabrın 21-də "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Gəminin əvvəllər İran neftinin daşınmasında iştirak etdiyindən şübhələnirlər. Mənbələrin bildirdiyinə görə, ABŞ sahil mühafizəsi tankerin qarşısını almağa cəhd edib, lakin o, tələbə əməl etməyib və hərəkətə davam edib. Bundan sonra onu fəal şəkildə təqib ediblər.

Seçilən
96
moderator.az

1Mənbələr