Moskvada avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb.
Avtosfer.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, maşın Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova aid olub. Belə ki, general avtomobildə olarkən partlayış baş verib.
Qeyd olunur ki, hücumda 56 yaşlı general yanıq xəsarətləri alıb. Fakt araşdırılır./unikal


