Qax-Zaqatala yolunda qatı duman müşahidə olunub.
NOCOMMENT.az xəbər verir ki, avtomobil yolunda müşahidə olunan qatı duman maşınların hərəkətinə mane olub.
Qeyd edək ki, dekabrın 22-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1 000 m-dək məhdudlaşacağı barədə məlumat verilmişdi.