AZ

Əldəqayırma qumbara: Moskvadakı partlayışın təfərrüatı

Moskvanın cənubundakı Yasenevaya küçəsində “Kia Sorento” markalı avtomobilin partlamasına səbəb əldəqayırma partlayıcı qurğu (PQM) olub.

Publika.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, partlayıcı qurğu nəqliyyat vasitəsinin altına yerləşdirilib. 56 yaşlı kişi yaralanıb. O, çoxsaylı qəlpə yaraları, qapalı sınıqlar, ayaq yaraları və üz sınığı alıb.

Müstəntiqlər cinayət işi açıblar. Partlayış 22 dekabr səhər saat 7:00 radələrində sürücü maşına minib sürməyə başladıqdan sonra baş verib.

Seçilən
52
publika.az

1Mənbələr