AZ

Rusiya qüvvələrinin Ukraynada itkiləri 1,2 milyona çatır

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

24 fevral 2022-ci ildən indiyə qədər Rusiya qüvvələrinin döyüş itkiləri təxminən 1 milyon 197 min 860 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verilib.

Bildirilib ki, son bir gündə 1 min 120 rus hərbçisi öldürülüb.

Eyni zamanda, Ukrayna qüvvələri 11 min 438 tank, 23 min 772 zirehli döyüş maşını, 35 min 308 artilleriya sistemi və digər hərbi texnikanı məhv edib.

Həmçinin 432 təyyarə, 347 helikopter və 92 min 713 PUA daxil olmaqla, müxtəlif əməliyyat və taktiki səviyyəli texnika yararsız hala gətirilib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
50
bakivaxti.az

10Mənbələr