Türkiyəli iş adamı Cemal Özgörkeyin bacısı qızı Leyla Mizrahi evində ölü tapılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı Leyla yuxuda infarkt keçirib.
Cemal Özgörkeyin bacısı Özlem Adalının qızı olan Leyla Mizrahinin heç bir sağlamlıq problemi olmadığı məlum olub. Məlumata görə, o, təxminən altı ay öncə sağlam şəkildə uşaq dünyaya gətirib.
Leylanın qəfil ölümüÖzgörkeyailəsi arasında böyük sarsıntıya səbəb olub.