AZ

Səki yox, sanki tələdir Bu səki insan həyatı ilə oynayır

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sulutəpə dairəsinə aparan yolda piyadalar üçün təhlükəli vəziyyət yaranıb.

Milli.Az xəbər verir ki, yol kənarında yerləşən piyada səkisinin üzərində iri çuxur əmələ gəlib.

Çuxur dərin və geniş olduğundan piyadalar həmin hissəni keçmək üçün avtomobil yoluna çıxmağa məcbur olurlar. Bu da nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə ciddi təhlükə yaradır.

Xüsusilə magistral yolun kənarında yerləşməsi bu problemi daha da riskli edir.

Vətəndaşlar aidiyyəti qurumlardan problemi tezliklə aradan qaldırmalarını istəyirlər.

Mina Mikayılova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
news.milli.az

3Mənbələr