AZ

Astarada fermerlərə ciddi ziyan – Tonlarla naringi ağac başında çürüdü – VİDEO

Astarada naringi yığımı vaxtı fermerlər qeyri-adi təbiət hadisəsi ilə üzləşiblər 

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bu il Astaranın naringi bağlarında müşahidə olunan yüksək məhsuldarlıq heç də fermerlərin ürəyincə olmayıb. Fermerlər son yığım və satış zamanı problemlərlə üzləşiblər.

Belə ki, ucqar dağ kəndi olan Niləşədə ağaclarda qalan naringi meyvəsi çürüyüb və tamamilə yararsız hala düşüb. Fermerlərinə sözlərinə görə, rayon ərazisində hələ şaxtalı havalar düşməyib ki, deyək ki, bu şaxtadan olub.

Müşviq Hacıyev: “Neçə ildir ki, bağımızdan bol məhsul yığırıq, amma belə bir hala rast gəlməmişik:

“Məhsul ağacda qalıb çürüsün belə bir şey görməmişik. Adətən anbarda, bayrama saxlayıb baha satmaq istədiyimiz meyvələr bir az çürüyərdi. Ağacda belə bir şey müşahidə etəməmişdik. Təqribən 1-1,5 ton ziyan dəyib”.

Fermer onu da bildirir ki, əvvəlcə məhsuls kiçik bir xal düşür:

“Bundan sonra məhsulun daxilində hansısa prosses gedir və meyvə çürüməyə başlayır. Ağaca toxunanda meyvələr yerə tökülür. Hansi ki, biz naringini xüsusi qayçı ilə kəsib yığırıq”.

Fermer Qədim Hacıyevin sözlərinə görə meyvə üzərinə düşən xal hansısa xəstəlik və ya hava ilə əlaqədardır, bizə də bilmirik.

“Ağacı ki, silkələdik hamısı tökülür yerə. Gözləyirdik ki k, təxminən 7-8 min manat xeyir götürərik, ancaq görürəm ki, yox, 2-3 min güclə olar. Hamısı zay olub. Satışı 50-70 qəpikdir. İri məhsul olsa, 80 qəpiyə alıcılar onu alırlar”, – fermer deyib.

Qeyd edək ki, Astarada 2591,15 hektar sahədə naringi bağı var. Onlardan 1890,08 hektarı məhsuldardır.

Seçilən
51
nocomment.az

1Mənbələr