“Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövud deyil".
Bu, “Yeni Sabah”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən həmin ərazidə yaşayan sakinlərin şikayətinə cavab olaraq bildirilib.
Məlumatda təchizat olmayan ərazilərdə, sözügedən ünvan da daxil olmaqla, ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədlərinin hazırlandıı qeyd olunub.
Tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır:
“Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız