AZ

Moskvada general avtomobilində partladılaraq öldürüldü

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər saatlarında Moskvada avtomobilin altına quraşdırılmış partlayıcı qurğu partladılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlayıb.

Onun sözlərinə görə, Yasenevaya küçəsində qeydə alınan hadisə zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov həlak olub. 

Faktla bağlı araşdırma başladılıb. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Fanil Sarvarov 2016-cı ildə həmin vəzifəyə təyin edilib. O, 1992-2003-cü illərdə Çeçenistanda hərbi əməliyyatlarda iştirak edib, 2015-2016-cı illərdə isə Suriyada xidmət aparıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
qafqazinfo.az

1Mənbələr