AZ

Rəis müavini: Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu günə kimi 70 əfv sərəncamı imzalanıb, 12 Amnistiya aktı qəbul edilib. Bu gün icra edilən 13-cü amnistiya aktıdır.

APA xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktının 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsində icrası zamanı deyib.

O qeyd edib ki, Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb: “Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
5
apa.az

6Mənbələr