
Azərbaycan Mərkəzi Bankı (AMB) 22 dekabr tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Kommersant.az-ın AMB-yə istinadən məlumatına görə, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat səviyyəsində qalıb.
Avronun manata qarşı məzənnəsi 1,9924 manat, 1 türk lirəsi 0,0397 manat, 100 rus rublu isə 2,1118 manat olub.