Xüsusi əməliyyat nəticəsində Rusiyanın Lipetsk şəhərindəki hərbi aerodromda "Su-27" və "Su-30" təyyarələri məhv edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi iki qırıcının dəyəri təxminən 100 milyon ABŞ dollarına bərabərdir.