AZ

Avtomobillərə texniki baxış bahalaşır

2026-cı il yanvarın 1-dən etibarən Rusiyada nəqliyyat vasitələrinin yoxlanılması üçün ödənişlər orta hesabla 9,7 faiz artacaq ki, bu da əvvəlki ilə nisbətən üçdə bir faiz çoxdur.

Publika.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Qeyd olunur ki, ən bahalı nəqliyyat vasitələrinin yoxlanılması Çukotkada olacaq. Belə ki, burada prosesin qiyməti 5400 rubl (114 manat) təşkil edəcək. Sonrakı yerlər Sankt-Peterburq (2032 rubl - 43 manat), Amur vilayəti (1855 rubl - 39 manat), Nenets Muxtar Dairəsi (1752 rubl - 37 manat) və Zabaykalsk diyarı (1444 rubl - 31 manat) olacaq. Sonuncu bölgədə artım 31,5 faiz olacaq.

Xidmətin ən aşağı qiyməti Novqorod və Volqoqrad vilayətlərində (1074 rubl - 22 manat), Tuvada (1087 rubl - 23 manat), Kalmıkiyada (1121 rubl - 23 manat) və Qaraçay-Çərkəzdə (1134 rubl - 24 manat) olacaq. Moskvada nəqliyyat vasitəsinin yoxlanılmasının qiyməti 9,6 faiz artaraq 1295 rubla (27 manat), Moskva vilayətində isə 1238 rubla (26 manat) çatacaq.

Ekspertlər qeyd edirlər ki, tarif artımları inflyasiyanı əhəmiyyətli dərəcədə üstələsə də, onların səviyyəsi operatorların iqtisadi səmərəliliyini təmin etməyəcək.

Seçilən
52
publika.az

1Mənbələr