Müğənni Mina Hüseyn ilin sonunda iddialı açıqlama yayımlayıb.
Publika.az xəbər verir ki, sənətçi, mətbuata bir sıra maraqlı mövzularla bağlı informasiya ötürüb. Mina geridə qoyduğumuz illəri təhlil edərək, 2026-cı ildə olacaq gözləntilərini dilə gətirib:
"2025-ci il mənim üçün özümü yenidən kəşf etdiyim il oldu. Uzun müddət səhnədən kənar qalmışdım. Dönüşdən sonra çalışdım ki, bu illəri boşluq kimi yaşamayım. Öz içimə baxaraq, güc toplayaraq yenidən musiqiyə qayıtmışdım. Son zamanlar ifalarıma fikir versəniz tamaşaçılarımla səmimi bağımı rahat görərsiniz. Və bu, mənə böyük motivasiya verdi. Qarşıdan gələn 2026-cı il üçün planım odur ki, özümü daha da inkişaf etdirim. Yeni musiqi layihələri, kliplər təşkil etməliyəm. Söz verirəm ki, gələn ildə sevənlərimi daha çox uğurum ilə sevindirəcəm".

İfaçı, sənətə 1 mahnı ilə vurduğu möhürdən, sənətdəki iddialı yerindən də bəhs edib: