Epstein işi ilə bağlı sənədlərin böyük hissəsi tamamilə QARALDILIB
Ajans.az xəbər verir ki,bu barədə CBS məlumat yayıb. Üç sənəddən ibarət bir epizodda 255 səhifənin hər biri qara lövhə ilə örtülüb. Həmçinin, “Böyük Münsiflər Heyəti – Nyu-York” etiketli başqa bir 119 səhifəlik sənəd də tamamilə qaraldılıb. Jurnalistlərin bildirdiyinə görə, ən azı 180 səhifə isə yalnız qismən redaktə olunmuş fayllarda mövcuddur. Əvvəllər media orqanları ABŞ Ədliyyə Nazirliyinin veb saytında Ceffrey Epstein işi ilə bağlı sənədlərin yerləşdirildiyi bölmədən ən azı 16 faylın yoxa çıxdığını xəbər vermişdi.