Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İran İsrail və ABŞ-ın mümkün hücumuna tam hazırdır, lakin müharibə istəmir”.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Əlbəttə ki, biz bu ehtimalı istisna etmirik, amma buna hazırıq. Hətta keçən dəfə olduğundan daha çox hazırıq. Müharibənin qarşısını almağın ən yaxşı yolu budur. Son təcavüz zamanı zədələnmiş hər şeyi bərpa etdik.
Əgər ABŞ və İsrail həmin uğursuz təcrübəni təkrarlamaq istəsələr, bunu etməkdə sərbəstdirlər. Amma daha yaxşı nəticə əldə edə bilməyəcəklər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampa İranla bağlı yeni zərbələr barədə məlumat verməyi planlaşdırdığı ortaya çıxmışdı. (globalinfo)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.