ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Sabah” sabit oyun və nəticələr ilə turnir cədvəlindı potensial liderdi. “Bayquşlar” “Qarabağ”ı da məğlub edəndən sonra onları çempion kimi görənlərin, ağdamlıların titulu əldən verəcəyini düşünənlərin sayı artıb. Üstəlik AFFA İntizam Komitəsi son iclasda “köhlən atlar”ı azarkeşlərin davranışına görə 10 min manat cərimələdi. Bu məsələlərlə bağlı “Qarabağ”ın əsas fanklubu “İmarət Tayfa”nın rəhbəri Elnur Quliyevin fikrini öyrəndik:
“Bəzən çempionluq mübarizəsi son tura, hətta son saniyələrə qədər gedir. Dəfələrlə bunun şahidi olmuşuq. İstər bizim çempionatda, istərsə də Avropada. Çempionat maraqlı olsa, azarkeş sayına da təsir edər. Çempionatı maraqlı etmək lazımdı. Reallıq budu ki, oyunlara orta və kasıb təbəqə gəlir. Oyun günü mən şəxsi səbəblərdən gedə bilməmişdim. Futboldu, olur belə şeylər. Gözəl olardı ki, olmasın. Amma azarkeş varsa… Mənim özümə də maraqlıdı ki, nəyə görə belə cərimələnmişik? 10 min Azərbaycan çempionatı üçün böyük məbləğdi”.
Xatırladaq ki, “Qarabağ” azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə 7000, oturacaqları sındırdığına, stadiona zərər vurduğuna görə 3000 manat cərimələnib. Eyni zamanda, stadiona dəyən ziyanı “Qarabağ” qarşılamalıdı.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.