Amnistiya aktı müğənni Dəniz Əsədovaya da şamil edilib.
Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb.
Onun 22 gün həbs müddəti qalıbmış.
Müğənni "Qafqazinfo"ya açıqlamasında dövlət başçısına təşəkkür edib: "Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, bu humanist addımı atıb bizi ailəmizə qovuşdurdu. Prezident cəzamın çəkilməmiş hissəsini - 22 günü bağışladı, övladlarıma qovuşdum".