AZ

Çelsi nin futbolçusu Milan a təklif olunub

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Çelsi”nin mərkəz müdafiəçisi Aksel Disasi karyerasını davam etdirmək üçün yeni variantlar axtarır.

Apasport.az xəbər verir ki, 27 yaşlı fransız futbolçu uzun müddətdir London klubunun əsas heyətindən kənarda qalıb. “Mavilər”in qış transfer pəncərəsində müdafiəçi ilə yollarını ayırmağı planlaşdırdığı bildirilir.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Disasinin yanvar ayında komandadan ayrılması qaçılmazdır.

Mənbənin məlumatına əsasən, Aksel Disasinin xidmətləri “Milan”a təklif olunub. Tərəflər arasında satınalma hüququ ilə icarə variantı müzakirə edilir. 

Qeyd edək ki, “Transfermarkt” portalı Aksel Disasinin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

“Barselona”dan tarixi qol seriyası

“İnter” “Palmeyras”ın futbolçusu ilə maraqlanır

“Qalatasaray”ın futbolçusu cəzasını başa vurub

İkardidən yeni rekord - HACİNİ GERİDƏ QOYDU

“Barselona”da ciddi itki

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
apasport.az

2Mənbələr