Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə həbsdə olan sabiq müavini Gültəkin Sadıqovaya da şamil olunub.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, o bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 6 il 6 ay azadlıqdan mərhum edilib.
O, məhkəmə zalında həbs olunub.
Telegram kanalımız