AZ

"FİFA-nın qərarı vecimə deyil" - "Barselona"nın ulduzu

"Barselona"nın vingeri Rafinya FİFA-nın 2025-ci il üçün tərtib etdiyi "Ulduzlar Komandası"nda yer almamasına reaksiya bildirib.

Fanat.Az xəbər verir ki, "EL Desmarque" bu barədə onun qısa cavabını belə çatdırıb:

"Bu cür reytinqlər məni narahat etmir, vecimə də deyil. Mən hər zaman öz oyunuma və komandamın uğuruna köklənirəm".

Qeyd edək ki, ötən mövsüm Rafinyanın karyerasının ən yaxşı mövsümlərindən biri olub. O, Kataloniya klubunda bütün yarışlarda 57 oyun keçirib, 34 qol vurub və 26 məhsuldar ötürmə edib. Hücumçu xüsusilə Çempionlar Liqasında təsirli olub. Burada həm 13 qol vuraraq turnirin bombardiri, həm də 8 asist ilə ən çox məhsuldar ötürmə edən oyunçu olub.

O, 2025-də "Barselona" ilə İspaniya çempionluğunu, İspaniya Kubokunu və Super Kubokunu qazanıb.

Braziliyalı bu mövsüm qol və məhsuldar ötürmələr etməyə davam edir. Bütün yarışlarda 14 oyunda o, artıq 7 qol və 3 məhsuldar ötürmə ilə diqqət çəkib.

Seçilən
31
2
fanat.az

3Mənbələr