AZ

Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır

"Hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranan zərərləri kompensasiya etmək, habelə yeraltı nəqliyyat infrastrukturunun saxlanması, təkmilləşdirilməsi və genişləndirilməsi üçün zəruri olan kapital xərclərini qarşılamaq məqsədilə Şirkətə maliyyə dəstəyi göstərir. 2025, 2024 və 2023-сü illər üzrə əməliyyat zərərlərini qarşılamaq üçün Hökumətdən müvafiq olaraq 42 milyon 662 min manat, 50 milyon manat və 38 milyon 416 min manat məbləğlərində subsidiyalar alınmışdır. Rəhbərlik 2026-cı ildə Hökumət tərəfindən ən azı 40 milyon məbləğində subsidiyanın ayrılacağını gözləyir".

Marja.az xəbər verir ki, bu, "Bakı Metropoliteni" QSC-nin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditor Hesabatında bildirilir.

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat xalis zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə,  "Bakı Metropoliteni"nin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 62 milyon 741 min manat və ya 81,6% artıb. 31 dekabr 2024-cü il tarixində "Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata çatıb (2023-cü ilin sonunda 2 milyard 969 milyon 924 min manat).

İş elanları AzVak.az-da

Seçilən
86
1
marja.az

1Mənbələr