Bakı. Trend:
"2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlananpreparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasınıtəmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına vəsözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadəolunmasına dair Tədbirlər Proqramı" təsdiq edilib.
Trend xəbərverir ki, Baş nazir Əli Əsəsdov bununla bağlı sərəncamimzalayıb.
Sərəncama əsasən, Səhiyyə Nazirliyi Tədbirlər Proqramındanəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli,Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə NazirlərKabinetinə məlumat verməlidir.
Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinivə qiymətləndirilməsini Səhiyyə Nazirliyinin sifarişi əsasındaİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyatakeçirəcək.