AZ

Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək

Gübrələrdən istifadə kənd təsərrüfatının dinamik inkişafı və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən “Cebheinfo.az”-a məlumat daxil olub. 

Bildirilir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Eyni zamanda, əhalinin ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarına çıxış imkanları artacaq, sektorun inkişafı və davamlılığı güclənəcək.

Seçilən
43
10
cebheinfo.az

10Mənbələr