ain.az, Axar.az portalına istinadən məlumat verir.
Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan “Tramp yolu” təşəbbüsünə həsr olunmuş dəyirmi masa müzakirəsində iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Amerika-Azərbaycan Ticarət Palatası məlumat yayıb.
Məlumata görə, palata tərəfindən təşkil edilən tədbirə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirləri, eləcə də ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və biznes nümayəndələri də qatılıb.
Görüş zamanı tərəflər “Tramp yolu” təşəbbüsünün regional əlaqənin gücləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-ın davamlı iqtisadi mövcudluğunun qurulmasındakı rolunu müzakirə ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.