İndoneziyanın Mərkəzi Yava əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 16 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Cakartadan Yogyakarta şəhərinə gedən avtobus gecə yarısı Mərkəzi Yava əyalətinin Semarang şəhərində yerləşən Krapyak ödəniş məntəqəsi yaxınlığında idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb.
Axtarış-xilasetmə rəsmisi Budiono bildirib ki, şəhərlərarası 34 sərnişin daşıyan avtobusun virajlı yolda aşması nəticəsində bəzi sərnişinlər avtobusun gövdəsi ilə maneə arasında sıxışıb qalıb.
Budiono əlavə edib ki, polis və xilasetmə qrupları hadisədən təxminən 40 dəqiqə sonra əraziyə çatıb. 6 sərnişin hadisə yerində, 10 nəfər isə xəstəxanaya aparılarkən və ya müalicə zamanı həyatını itirib.
Qəza nəticəsində yaralanan 18 nəfərin yaxınlıqdakı iki xəstəxanada müalicə olunduğu, onlardan 5-nin vəziyyətinin kritik olduğu bildirilib.