ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Tbilisi prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 21-də axşam saatlarında baş verib. Belə ki, 10-ZT-060 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobil “Mercedes” markalı və 99-RQ-671 dövlət nömrə nişanlı “BYD” markalı maşınla toqquşub. İlkin məlumata əsasən, qəzanın “Land Rover” sürücüsünün qoşa xəttin tələbinə əməl etməyərək əks istiqamətə çıxması nəticəsində baş verdiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Qəza səbəbindən prospektdə bir müddət nəqliyyat sıxlığı yaranıb.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.