Dekabr ayının 21-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak hüququ qazanan namizədlərin sayı 2.519 nəfər olub. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan ediləcək.
Qeyd olunmalıdır ki, müsabiqə üzrə sənəd qəbulu Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aparılıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə müvafiq ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində
(www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib. Müsabiqənin hər iki mərhələsində (test imtahanı və müsahibə) uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyatı bazasına daxil ediləcək və mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.