AZ

İsrail XİN Qərbdə yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb

Bakı. Trend:

İsrailin XİN rəhbəri Gideon Saar Qərb ölkələrində, o cümlədənBöyük Britaniya, Fransa və Avstraliyada yaşayan yəhudi icmalarınasəslənərək, təhlükəsizliklə bağlı və antisemit zəminli hücumrisklərinin artması ilə əlaqədar İsrailə köçməyə çağırıb

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Saar yəhudilərin “bütün dünyada ovlandığını” (təqib edildiyini -red) bildirərək, Avropada Qəzza münaqişəsi ilə əlaqədar antisemitzəminli hücumların artdığına diqqət çəkib.

“Yəhudilərin hər yerdə təhlükəsizlik şəraitində yaşamaq hüququvar. Lakin biz baş verənləri görür və tam şəkildə anlayırıq,həmçinin müəyyən tarixi təcrübəmiz mövcuddur. Bu gün yəhudilərbütün dünyada təqib olunur”,- deyə nazir bildirib.

Qeyd edək ki, xarici işlər naziri belə bir bəyanatıAvstraliyada, Sidney şəhər çimərliyində Hannukka mərasimi zamanıtörədilən terror hücumu fonunda verib. Həmin silahlı hücumda 15nəfər həlak olmuş , onlarla insan yaralanmışdı.

Məqalədə:
Seçilən
64
1
az.trend.az

2Mənbələr