AZ

Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub (FOTO)

Bakı.Trend:

Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”)beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyininsədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətiÇin Xalq Respublikasına səfər edib.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Çin arasındaturizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin XalqRespublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədriFuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasındakeçirilən görüşdə müzakirə olunub.

Tərəflər cənab Prezident İlham Əliyev və cənab Sədr Si Cinpininsəyləri ilə son dövrlərdə Azərbaycanla Çin arasında hərtərəflistrateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələrkimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeydediblər.

Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında sonillərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafınıqeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turistaxınına müsbət təsirini vurğulayıb.

Agentlik sədri Azərbaycanın turizm potensialının Çindətanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtımkampaniyalarının davam etdiriləcəyini bildirərək turizməlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizmnümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

O həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaqüçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “ChinaReady” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıdakeçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizmsənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçünvacib addımlardan biri olduğunu qeyd edib.

Çinin Mədəniyyət və turizm naziri Sun Yeli öz növbəsindəAzərbaycan və Çin arasında iqtisadi və siyasi münasibətlərinin sonillərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinlituristlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizmimkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək,bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələriarasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib.Nazir Sun Yeli diplomatik münasibətlərin qurulmasından ötən 33 ilərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıqüzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlərüçün maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində AzərbaycanRespublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətlisəfiri Bünyad Hüseynov da iştirak edib.

Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025”sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu iləyanaşı, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi vədigər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsindəAzərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiqgörülüb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin XalqRespublikasının Haykou şəhərində keçirilən sərginin açılışmərasimində iştirak edib.

Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən ÇinXalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini GaoZheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə FuadNağıyev arasında görüş keçirilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
34
15
az.trend.az

10Mənbələr