Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nümayəndə heyəti Ümummilli Liderin məzarı önünə əklik qoyub, xatirəsini ehtiramla yad ediblər.