Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanında “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin xatirəsini anıb, abidənin önünə çələng qoyublar.