AZ

Türkiyədə şagird məktəb direktoruna atəş AÇIB

Ajans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, direktor ötən həftə şagirdi məktəbə elektrik velosipedi ilə getdiyinə görə danlayıb. Hadisənin səhəri M.K. məktəbə tüfənglə gəlib və direktor məktəbin həyətində şagirdləri qarşılayarkən ona atəş açıb. Hadisə yerinə tibb və jandarma qrupları göndərilib. Ağır yaralanan Ender Kara Anamur Dövlət Xəstəxanasına aparılıb. Şübhəli saxlanılıb və dindirilmək üçün jandarma bölməsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

 

Seçilən
32
Ajans.az

1Mənbələr