AZ

ABŞ səfirliyinin sabiq əməkdaşı ifadə verib: Yarım milyonluq dələduzluq

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, 1997-ci ildə səfirin sürücüsü, 2003-2018-ci illərdə isə köməkçi vəzifəsində çalışıb. O, özünü təqsirli bilməyib: "Cinayət işi ilə heç bir əlaqəm yoxdur. Mən öz ərizəmlə işdən çıxmışam. Amerikada xüsusi çalışan adamlara "green card" verirdilər, lakin getmədim. Amerikaya getsəydim, bunlar baş verməyəcəkdi. Bu dövrdə xəstəlik də tapmışam. Mənim işimlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlarım mövcuddur".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyət olduğunu bildirib.

Vaxt məhdudiyyəti ilə əlaqədar növbəti proses yanvarın 19-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir. O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
2
cebheinfo.az

3Mənbələr