2025-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 107 milyon 732 min dollar dəyərində 145 min 858 ton xurma ixrac edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin statistikasından topladığı rəqəmlər əsasında xəbər verir.
2024-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 86 milyon 519 min dollar dəyərində 120 min 344 ton xurma ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan xurma ixracı 2025-ci ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 21 milyon 213 min dollar və ya 24,5%, miqdar ifadəsilə 25 min 514 ton və ya 21,% artıb.
2024-cü ildə Azərbaycandan 113 milyon 664 min dollar dəyərində 154 min 283 ton xurma ixrac edilmişdi.