AZ

Son 5 ayda sosial yardım alanların sayı 18,1 min nəfər azalıb


Azərbaycanda 76 min aztəminatlı ailənin 335,2 min üzvü ünvanlı dövlət sosial yardımı alır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 80,2 min, yardım alan ailə üzvlərinin sayı isə 353,3 min nəfər olub.
Açıqlanan məlumatlardan belə görünür ki, son 5 ayda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 4,2 min, yardım alan ailə üzvlərinin sayı isə 18,1 min nəfər azalıb.

Elnur Əli
Seçilən
9
2
yeniavaz.com

3Mənbələr