ABŞ Qrenlandiyanı ALIR
Ajans.az xəbər verir ki,Luiziana ştatının qubernatoru Ceff Lendri ABŞ prezidenti Donald Trampa Qrenlandiya üzrə xüsusi elçi təyin edildiyinə görə təşəkkür edib və Vaşinqtonun bu istiqamətdə marağını açıq şəkildə ifadə edib. Lendri bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. O, yeni təyinatının qubernator kimi fəaliyyətinə təsir göstərməyəcəyini xüsusi olaraq vurğulayıb. Qeyd edək ki, Donald Tramp 22 dekabr tarixində Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi elçi təyin olunduğunu açıqlamışdı.