ain.az, Marja.az portalına istinadən məlumat verir.
Azərbaycanın fındıq ixracından gəlirləri artıb.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin statistikasından topladığı rəqəmlər əsasında xəbər verir.

Belə ki, 2025-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 150 milyon 538 min dollar dəyərində 17 min 435 tonfındıq ixrac edilib.
2024-cü ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 115 milyon 893 min dollar dəyərində 18 min 262 ton fındıq ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan fındıq ixracı 2025-ci ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 34 milyon 645 min dollar və ya 29,9% artıb, miqdar ifadəsilə 827 ton və ya 4,5% azalıb. İxracın miqdar ifadəsilə azalmasına qarşılıq dəyər ifadəsilə artması bu il Azərbaycan fındığının dünya bazarında daha baha qiymətlərə satıldığına işarədir.
İş elanları AzVak.az-da
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.