AZ

“Mançester Yunayted” ciddi itki ilə üzləşdi

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes “Aston Villa”ya qarşı Premyer Liqa matçının fasiləsində zədələnərək meydanı tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu ən azı bir ay oynaya bilməyəcək. Bu, klub tarixində Fernandes olmadan keçiləcək ən uzun müddətli fasilə olacaq.

31 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir və əvvəllər zədələr səbəbindən nadir hallarda sıradan çıxıb.

Seçilən
36
idmanxeber.az

1Mənbələr