AZ

FHN ə işə düzəltmək adı ilə iki nəfəri aldatdı MƏHKƏMƏ

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyən şəxs iki nəfərə qarşı dələduzluq etməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1989-cu il təvəllüdlü Goranboy rayon sakini Tamerlan Məmmədov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib və keçmiş iş yoldaşı Vüsal Qafarovun (ad-soyadlar şərtidir – red.) əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib.O, buna heç bir səlahiyyəti olmadığı halda Qafarovun oğlu İslamı Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib və 2024-cü ilin aprel ayının əvvəlində, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu, Yeni Binalar qəsəbəsində 6000 manat, aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə isə həmin qəsəbədə 3000 manat alıb. Bundan başqa, Məmmədov Goranboy rayonu, Zeyvə kənd sakininin əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib. O, buna heç bir səlahiyyəti olmadığı halda onun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib, ondan  ümumilikdə 10000 manat alaraq təkrar dələduzluq edib. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib. Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, Məmmədov zərərçəkmiş şəxslər ilə barışıb, onlara dəyən maddi ziyanı tam, eyni zamanda vurulmuş maddi ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəyib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Məmmədovun barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
demokrat.az

1Mənbələr