AZ

Məhkəmə qərarı olsa da, aylardır SOCAR-dakı işimə bərpa etmirlər - ŞİKAYƏT

Məhkəmə qərarı olsa da, aylardır SOCAR-dakı işimə bərpa etmirlər - ŞİKAYƏT

Nazim Məmmədov: 18 illik təcrübəmdən sonra SOCAR-da işimə haqsız yerə son verilib

AFN.az xəbər verir ki, vətəndaş Nazim Məmmədov SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-dəki işindən haqsız yerə uzaqlaşdırıldığını iddia edib. O, yanvar ayında əmək müqaviləsinin bitməsi əsas gətirilməklə işdən çıxarıldığını, lakin digər işçilərlə yenidən müqavilə bağlandığını bildirib.

N. Məmmədov qeyd edib ki, 18 il Azərbaycanın neft-qaz sənayesində çalışıb, bir çox əhəmiyyətli layihələrdə iştirak edib və texnika üzrə fəlsəfə doktorudur. O, həmçinin ehtiyatda olan baş leytenant olduğunu və üç qız atası olduğunu vurğulayıb. Şikayətçi işdən çıxarılarkən işgüzar fəaliyyətinin və ağır sosial durumunun nəzərə alınmadığını bildirib.

Məhkəməyə müraciət etdiyini deyən N. Məmmədov bildirib ki, Nizami Rayon Məhkəməsi iyun ayında onun xeyrinə qərar çıxarıb, Bakı Apellyasiya Məhkəməsi isə noyabrda işə bərpa olunması barədə qətnamə verib. Lakin hələ də işinə bərpa olunmayıb. Şikayətçi 10 aydır sosial çətinliklər içində olduğunu, xəstə övladını müalicə etdirə və bank kreditlərini ödəyə bilmədiyini bildirib.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlanıb.

Seçilən
35
afn.az

1Mənbələr