AZ

Rusiyalı futbolçu 120 milyon dollarlıq təklifi rədd etdi

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın "Lokomotiv" Moskva futbol klubunun yarımmüdafiəçisi Batrakov bacarığını Avropada sınamaq istədiyini və Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirmədiyini bildirib.Newscenter.az TASS-a istinadən bildirir ki, daha əvvəl oyunçunun meneceri Vadim Şpinev Batrakovun Səudiyyə Ərəbistanı klubunun 120 milyon dollarlıq maaş təklifini rədd etdiyini bildirmişdi. "Mənə bu barədə məlumat verildi. Bu, çox xoş idi, amma mən hələ bu variantı nəzərdən keçirməmişəm", - Batrakov deyib. Yarımmüdafiçəi bildirib ki, "Lokomotiv"ə kömək etmək üçün can atır və fürsət yaranarsa, ilk növbədə Avropada özümü sınamaq istəyir.Qeyd edək ki, 20 yaşlı Batrakov 2024/25 mövsümündə bütün yarışlarda 37 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib. Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
newscenter.az

2Mənbələr