Kral Hərbi Hava Qüvvələrinin Leykenhit bazası Amerika nüvə başlıqlarının yerləşdirilməsi baxımından hazırda istifadəyə yararsızdır. ABŞ onun təmiri üçün 264 milyon dollar ayırmaq istəyir.
Herbiand.az bildirir ki, bu barədə "Daily Mail" qəzeti Pentaqonun sənədinə istinadən yazıb.
2024-cü ilin yanvar ayında “The Telegraph” qəzeti Pentaqonun satınalma sənədlərinə istinadən məlumat vermişdi ki, ABŞ İngiltərənin şərqində Suffolk qraflığındakı Kral Hərbi Hava Qüvvələrinin Leykenhit bazasında B61-12 nüvə başlıqlarını yerləşdirmək istəyir. Amerika nüvə silahları əvvəllər Böyük Britaniya ərazisində olub, lakin 2008-ci ildə ölkədən çıxarılıb.
2025-ci ilin iyul ayında “UK Defence Journal” qəzeti ABŞ-ın Leykenhit bazasında bir neçə döyüş başlığı yerləşdirdiyini yazmışdı. “Daily Mail” qəzeti Pentaqonun sənədlərinə görə qeyd edib ki, bu baş tutmayıb, çünki baza hazır vəziyyətdən çox uzaqdır.
Bazada 200-dən çox ABŞ hərbçisinin çalışacağı bildirilir.
Bəxtiyar CƏFƏRLİ