AZ

Ağstafada taekvondo üzrə birincilik keçirilib

20 dekabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə uşaq və yeniyetmələr arasında taekvondo üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə 55 nəfər uşaq və yeniyetmə iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının əməkdaşları çıxış edərək həmrəylik gününün tarixindən söz açıblar və məhz bu günün xalqımızı birləşdirən, milli dəyərlərimizi yaşadan böyük əhəmiyyət daşıyan bir bayram olduğunu qeyd ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edib və uğurlar arzulayıblar.

Daha sonra birinciliyə start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən taekvondo üzrə rayon birinciliyində yüksək nəticə göstərənlərə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının diplom və medalları təqdim olunub.

Seçilən
71
1
yeniazerbaycan.com

2Mənbələr