Vəkil Asim Abbasov onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün Dəniz Əsədovadan xüsusi ittiham qaydasında şikayəti etmişdi. Nəticədə Dənizə Əsədova məhkəmənin qərarı ilə 7 ay azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, D. Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər - müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.