ain.az, Ayna portalına istinadən məlumat yayır.
"Prezidentə hesabat zamanı Birləşmə Nazirliyi konstitusiya islahatları məsələsini qaldırmayıb”
Cənubi Koreya Birləşmə Nazirliyi heyətinin Prezidentə Şimali Koreyanı ayrı dövlət kimi tanımaq üçün konstitusiyaya düzəliş etmək ideyasını təklif etməsi barədə xəbərləri təkzib edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu mövqeni nazirliyin sözçüsü Yun Min Ho brifinq zamanı deyib.
"Bəzi media orqanlarında Birləşmə Nazirliyinin 19 dekabrda qapalı iclasda Şimali Koreyanı dialoqa qaytarmaq üçün konstitusiyaya düzəliş etməyi düşünməli olduğunu bildirməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə sözçü bildirib.
Cənubi Koreya Konstitusiyasında Koreya yarımadasının bütün ərazisinin ölkənin bir hissəsi olduğu bildirilir. Pxenyan isə öz növbəsində əvvəllər Cənubi Koreyanı ayrı, düşmən dövlət hesab etdiyini bildirir. Şimali Koreyanın lideri Kim Çen In bu müddəanın ölkənin əsas qanununda təsbit edilməsini təklif etmişdi.
"Prezidentə hesabat zamanı Birləşmə Nazirliyi konstitusiya islahatları məsələsini qaldırmayıb və bu məsələ müzakirə olunmayıb", - Yun Min Ho vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.