Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dekabr ayında İndoneziyanın Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 1100-dən çox insan ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İndoneziyanın milli fəlakətlərin idarə olunması agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 175 nəfər itkin düşüb, 7 mindən çox insan isə yaralanıb.
Agentliyin veb saytına görə, ölüm və xəsarətlərin əsas səbəbləri həm insanları aparan sürətli axınlarla müşayiət olunan daşqınlar, həm də dağlardan və təpələrdən gələn torpaq sürüşmələri və qaya uçqunları olub.
Xatırladaq ki, noyabr ayının sonlarında İndoneziyanın Şimali Sumatra, Açeh və Qərbi Sumatra əyalətlərində başlayan güclü və uzunmüddətli yağışlar fəlakətli daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Fəlakət bir milyondan çox insanı evlərini tərk etməyə məcbur edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.