AZ

Rəqəmsal Məktəb öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün müasir bir platformadır - MÜTDA-nın şöbə müdiri

Bakı. Trend

Bir müddətdir ki, istifadəyə verilən Rəqəmsal Məktəb platformasıəsasən Bakı şəhərindəki ümumtəhsil məktəblərində tətbiq olunur vəbu platformadan müəllimlər, məktəb direktorları, valideynlər vəşagirdlər istifadə edirlər.

Trend xəbərverir ki, bunu bu gün Məktəbəqədər Və Ümumi Təhsil üzrə DövlətAgentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahəRəsulova “Rəqəmsal məktəb” platformasında yayımlanan "Valideynlərüçün məmnuniyyət sorğusu" ilə bağlı jurnalistlərə açıqlamasındabildirib.

Onun sözlərinə görə, valideynlər pedaqoji prosesin ən vacibiştirakçılarındandır:

"Onların tədris və tərbiyə prosesində fəal iştirakı şagirdlərinöyrənmə motivasiyasını və məsuliyyət hissini artırır. Valideynlərbu portala daxil olaraq övladlarının qiymətləri ilə tanış ola,məktəb rəhbərliyi ilə birbaşa ünsiyyət qura bilərlər".

Şöbə müdiri qeyd edib ki, platformada "Valideyn məmnuniyyəti"adlı xüsusi bir bölmə yerləşdirilib:

"Bu bölmədə əsasən üç başlıq altında ümumilikdə 25-ə yaxın sualyer alır. Suallar valideyn-məktəb əməkdaşlığı, məktəb mühiti vəinfrastrukturu, eləcə də şagird intizam qaydaları ilə bağlımövzuları əhatə edir. Hazırda bu platforma əsasən Bakı şəhəri üzrəməktəblərdə tətbiq olunur. Lakin bizim üçün Respublikanın digərbölgələrində yaşayan valideynlərin də məktəblərlə bağlı fikirlərivə məmnuniyyəti çox önəmlidir. Buna görə də rayonlarda bu sorğularhələlik kağız formatında toplanır.

Toplanmış məlumatlar təhlil edildikdən sonra həm Rəqəmsal Məktəbplatformasında, həm də kağız üzərində cavablandırılmış sorğularəsasında məktəblərdə ehtiyac duyulan sahələr müəyyən ediləcək və buistiqamətdə məktəb seminarlarının təşkili planlaşdırılır".

Məqalədə:
Seçilən
75
1
az.trend.az

2Mənbələr