Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib.
1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən üzərinə ağac düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.